Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Köçəryanın qudası öldü

Köçəryanın qudası öldü

Tarix: 30 Iyul 2024 18:48

Ermənistanın eks-prezidenti Robert Köçəryanın qudası, Milli Assambleyanın keçmiş deputatı Vladimir Badalyan 76 yaşında vəfat edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Sputnik Ermənistan"ın məlumatına görə, eks-deputat uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Vladimir Badalyan 1948-ci ildə Spitakda anadan olub. 1995-ci ildə Ermənistan parlamentinin deputatı seçilib. O, Ermənistan Milli Assambleyasının maliyyə-kredit, büdcə və iqtisadi məsələlər daimi komissiyasının, insan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyasının üzvü olub.

Milli.Az


Etiketlər:  Köçəryanın qudası öldü


RƏYLƏR