Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Venesuelada iğtişaşlar: 749 nəfər saxlanıldı

Venesuelada iğtişaşlar: 749 nəfər saxlanıldı

Tarix: 30 Iyul 2024 21:22

Venesuelanın hüquq-mühafizə orqanları iyulun 28-də keçirilən prezident seçkilərinin nəticələrinə etirazlarla müşayiət olunan iğtişaşlar zamanı təxminən 749 nəfəri saxlayıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Vilyam Saab məlumat verib.

Baş prokurorun sözlərinə görə, saxlanılanların şübhəli bilindiyi cinayətlər arasında təkcə ictimai əmlakın dağıdılması deyil, həm də "terrorizm və nifrətin qızışdırılması" var.

Saab həmçinin iğtişaşlar zamanı bir əsgərin öldüyünü təsdiqləyib.


Etiketlər:  Venesuelada iğtişaşlar nəfər saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ