Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2024 12:30
Politico-nun məlumatına görə, Şarl Mişelin Azərbaycana və Ermənistana gizli məktubu olub.
Sonxeber.net bildirir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması üçün səylərini yeniləyir, Politico xəbər verir.
Məktubunda hər iki tərəfi danışıqlar masasına qayıtmağa və "sülh sazişini yekunlaşdırmağa" çağırıb. Mişel sərhədlərin delimitasiyası kimi məsələlərdə irəliləyişə nail olmağın vacibliyini vurğulayıb.
Nəşrə danışan iki yüksək səviyyəli diplomat Mişelin bu ayın əvvəlində Böyük Britaniyada keçirilən Avropa siyasi icmasının sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri ilə ikitərəfli görüşlər keçirdiyini təsdiqləyib.
Əvvəllər bu görüşlər barədə məlumat verilməyib.