Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SEPAH müharibəyə hazırlaşır

SEPAH müharibəyə hazırlaşır

Tarix: 31 Iyul 2024 15:06

HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi İranı şoka salıb. Ötən aprel ayında İsrailə qarşı genişmiqyaslı hücum həyata keçirən İranın öz ərazisində baş verən sui-qəsdə reaksiyası maraq doğurur.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Britaniya mediası İranın mümkün cavabı ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli rəhbərləri ilə əlaqə saxlayıb.

"Telegraph" qəzetinə Tehrandan açıqlama verən SEPAH rəsmisi İsmail Haniyəyə qarşı sui-qəsdin korpusu şoka saldığını ifadə edib.

"Seçimlərimizi qiymətləndiririk. Əgər sionist rejimin bunun arxasında olduğu təsdiqlənərsə, aprel hücumundan daha sərt cavab masada olacaq. Bu, suverenliyimizə qarşı hücumdur", - deyə o bildirib.

İranlı hərbi rəsmilər sui-qəsdin müharibə ilə nəticələnəcəyi barədə həmfikirdirlər. Belə ki, SEPAH-ın yüksəkrütbəli üzvü "New York Times"a verdiyi açıqlamada sui-qəsdin İrana müharibə elanı olduğunu söyləyib.

İngiltərənin "Telegraph" qəzeti ötən 13 apreldə İranın İsrailə təxminən 300 kamikadze PUA və raket atdığını, bunların demək olar ki, hamısının ABŞ, Böyük Britaniya və İsrail tərəfindən vurulduğunu xatırladıb. Bu, Tehranın aprelin 1-də İsrail tərəfindən İranın Dəməşq konsulluğuna edilən və yeddi yüksəkrütbəli məmurun öldürüldüyü hücumuna cavab idi. İsrail İranın hücumuna İranın mərkəzindəki hərbi bazada yerləşən radar qurğusunu vuraraq cavab verdi; lakin İran bu əməliyyatı rəsmi olaraq qəbul etməyib.

"Telegraph"ın Təl-Əvivdəki analitiki Yotam Konfino İran və İsrail arasında müharibə ehtimalını qiymətləndirərkən, HƏMAS-ın İsrailin xaricdəki nümayəndələrinə qarşı hücum və oğurlama əməliyyatları həyata keçirə biləcəyini deyib.

"Regional təhlükəsizlik baxımından daha böyük risk İsrailin Beyrutda yüksəkrütbəli "Hizbullah" rəsmisini öldürməsi oldu", - deyən Konfino Haniyəyə qarşı sui-qəsddən sonra İranın HƏMAS-ın xaricdəki İsrail hədəflərinə qarşı cavab planlamasına kömək edə biləcəyini ehtimal edib.

"Guardian" qəzetində isə İsrail və HƏMAS arasındakı atəşkəs danışıqlarının perspektivi qiymətləndirilib.

"HƏMAS lideri İsmail Haniyənin öldürülməsi İsrail üçün siyasi və hərbi qələbə ola bilər, lakin HƏMAS-a da atəşkəs danışıqlarından çıxmaq üçün bəhanə verə bilər", - deyə dərc olunan təhlildə vurğulanır.

Nəşrdə hücumun müharibəni sona çatdıracaq və bütün girovları azad edəcək razılaşmaya nail olmaq ehtimalını azaltdığı qeyd edilərək, regional münaqişənin qarşısını almaq üçün qlobal diplomatik səylərin təhlükə altında olduğu vurğulanıb.


Etiketlər:  SEPAH müharibəyə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ