Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bella Hadid üzr istədi

Bella Hadid üzr istədi

Tarix: 31 Iyul 2024 22:15

Fələstin əsilli amerikalı məşhur supermodel Bella Hadid İsrail tərəfindən tənqid edilən "Adidas" reklam kampaniyasında iştirakına görə üzr istəyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, söhbət Hadidin iyulun ortalarında markanın idman ayaqqabısının təqdimatı üçün rol aldığı reklamdan gedir.

Belə ki,  27 yaşlı model "Adidas" tərəfindən 1972-ci ildə Münhen Olimpiadası üçün yaradılmış SL 72 idman ayaqqabısı xəttinin yenidən satışa çıxarılmasını reklam etmişdi. Həmin Oyunlarda Fələstinin "Qara Sentyabr" terror təşkilatı İsrail komandasının 11 üzvünü və bir yerli polisi öldürüb. Bella Fələstin-Hollandiya köklərinə malik olduğundan, "Adidas" tənqid edib və Amerika Yəhudi Komitəsi hətta markadan şikayət edib.

"Bu kampaniyada həssas məqamlara diqqətin olmaması məni şoka saldı və məyus etdi. Əgər vaxtında məsələni dərindən araşdırsaydım, heç vaxt çəkilişdə iştirak etməzdim" deyə, Hadid paylaşımında yazıb.

Milli.Az


Etiketlər:  Bella Hadid üzr istədi


RƏYLƏR