Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Venesuela prezidenti İlon Maskla döyüşmək istəyir

Venesuela prezidenti İlon Maskla döyüşmək istəyir

Tarix: 1 Avqust 2024 09:00

Son 11 ildir Venesuelanı idarə edən Nikolas Maduro bazar ertəsi İlon Maskı döyüşə çağırıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, buna səbəb ölkədəki son prezident seçkilərini "parodiya" və saxtakarlıq adlandıran milyarderin sözləri olub.

Buna cavab olaraq Maduro milli televiziyada sahibkarı davaya çağırıb:

"Sosial şəbəkələr virtual reallıq yaradır, bəs virtual reallığa kim nəzarət edir? Bizim yeni and içmiş düşmənimiz, məşhur İlon Mask. Sən döyüşmək istəyirsən? Gəl edək. İlon Mask, mən hazıram. Mən səndən qorxmuram. İstədiyin yerdə döyüşək".

Mask Maduronun çağırışını qəbul edib və sosial şəbəkədə bunları yazıb:

"Razıyam, mən qalib gəlsəm, o, Venesuela diktatoru vəzifəsindən gedəcək. Əgər qalib gəlsə, ona Marsa pulsuz səyahət verəcəyəm".


Etiketlər:  Venesuela prezidenti İlon Maskla döyüşmək istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ