Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oturduğu yerdə ağrı hiss etdi, xəstəxanada güllələndiyini öyrəndi - VİDEO

Oturduğu yerdə ağrı hiss etdi, xəstəxanada güllələndiyini öyrəndi - VİDEO

Tarix: 2 Avqust 2024 11:46

Türkiyədə qəribə hadisə baş verib. Belə ki, kafedə dostları ilə oturan kişi çiynində qəfil ağrı ilə xəstəxanaya gedib, orda isə güllələndiyini öyrənib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, qeyri-adi hadisə İzmirdə baş verib.

Bildirilib ki, İbrahim Danışan dostları ilə söhbət əsnasında qəfildən çiynində dözülməz ağrı hiss edib, bundan sonra dostlarının köməyi ilə Selçuk Dövlət Xəstəxanasına aparılıb. Orda isə tibb işçilərindən şoka salan həqiqəti öyrənir: Həkimlər müayinə zamanı 50 yaşlı kişinin çiyninə güllə dəydiyi müəyyən ediblər.

Dərhal əməliyyat olunan kişinin çiynindən güllə çıxarılıb.

Bundan sonra polisə xəbər verilib. Hadisə ilə bağlı istintaqa başlanılıb.

Sosial şəbəkələrdə hadisənin baş verdiyi anın görüntüləri yayılıb.


Etiketlər:  Oturduğu yerdə ağrı hiss etdi xəstəxanada güllələndiyini öyrəndi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ