Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2024 15:54
İsrailin xarici işlər naziri İsrael Kats Türkiyənin bu ölkədəki səfirinin müavinini Xarici İşlər Nazirliyinə çağırıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İsrail mediası xəbər yayıb.
Bildirilib ki, səfir müavininə HAMAS lideri İsmayıl Haniyənin ölümü ilə bağlı Tel-Əvivdəki səfirlik binasının önündəki Türkiyə bayrağının endirilməsinə dair etiraz bildirilib.
Hələlik Türkiyənin Xarici İşlər Nazirliyi yayılan xəbərə münasibət bildirməyib.