Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu tarixi əməliyyat üçün dialoq kanalları yaradıldı - Altun

Bu tarixi əməliyyat üçün dialoq kanalları yaradıldı - Altun

Tarix: 2 Avqust 2024 19:54

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə beynəlxalq aləmdə sülh və sabitliyə töhfə verməkdə davam edir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altunun Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə avqustun 1-də Ankarada Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsi barədə mətbuata açıqlamasında bildirilib.

"Ölkəmiz diplomatik imkanlarını müxtəlif aktorlarla səmərəli əməkdaşlıq yolu ilə sülh və sabitliyə xidmətdə istifadə edir. Dünən 7 fərqli ölkədən 26 nəfərin dəyişdirilməsi ilə son dövrlərin ən geniş məhbus mübadiləsi əməliyyatını reallaşdıran Türkiyənin bu çox həssas danışıqların idarə olunmasında göstərdiyi ciddilik bölgədəki bütün problemlərin həlli üçün nümunədir. Türkiyə kəşfiyyatı qlobal miqyasda rəqabətli və qarşılıqlı düşmən münasibəti bəsləyən qüvvələr arasında əlaqə tələb edən bu tarixi əməliyyat üçün dialoq və vasitəçilik kanalları yaratdı. Bununla ölkəmiz müxtəlif tərəflərlə iş aparan etibarlı tərəfdaş olduğunu bir daha göstərdi", - F.Altun vurğulayıb.


Etiketlər:  tarixi əməliyyat üçün dialoq kanalları yaradıldı Altun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ