Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qlyukoza'' reabilitasiyaya yerləşdiriləcək

''Qlyukoza'' reabilitasiyaya yerləşdiriləcək

Tarix: 3 Avqust 2024 09:12

"Qlyukoza" ləqəbi ilə tanınan rusiyalı müğənni Natalya İonova tezliklə reabilitasiyaya yerləşdiriləcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, qohumları və onun komandası Rusiyada və xaricdə variantları nəzərdən keçirir. Müğənninin özü də buna qarşı deyil. İndi ona iki mühafizəçi təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl konsertlərin birində tamaşaçılar müğənninin qəribə davranışını görüblər. Görüntülərə əsasən, o, özünə vulqar jestlərə yol verib, söyüş söyüb və çox sərxoş halda nəzərə çarpıb.

Müğənni sonradan vəziyyətinin antidepresantlar və yuxu həbləri qəbul etdikdən sonra belə olduğunu bildirib.

Milli.Az


Etiketlər:  Qlyukoza reabilitasiyaya yerləşdiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ