Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2024 12:50
Ermənistan Baş naziri Nikol Paşinyan Lələkəndə (ermənilər bu kəndin adını 1978-ci ildə dəyişərək, Vazaşen qoyub - red.) gedib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Paşinyan özü sosial şəbəkə hesabında video paylaşıb.
O, kənd məhsulları satan kəndlilərlə söhbət edib, bəzi məhsullar alıb. Satıcılar məhsullarının alınmadığını, bir müddətdən sonra xarab olduğunu və əksərini atdıqlarını bildiriblər.
Paşinyanın kənd məhsulları alarkən pulu özünün ödəməsi, bir ödənişdə yanlışlıq etməsi də diqqət çəkib.
Qeyd edək ki, Nikol Paşinyan Azərbaycanla sərhəd Tavuş rayonundadır.