Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2024 13:35
"1972-ci ilin sonlarında ailədəki vəziyyətlə əlaqədar çörək zavodunda işləyirdim. Pul gətirməsəydim analığım mənə çörək vermirdi".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Şən gənc" verilişində deyib. O, 17 yaşından zavodda işləmək məcburiyyətində qaldığını açıqlayıb:
"Böyük bir maşın idi. Bellə un tökürsən. Bu yanda da şirə. Vedrə ilə onu tökmək lazımdır. Yerə dağılsa, maaşından kəsəcəklər. Sonra hazır pryanikləri həmin taxta bellə götürüb stolun üstünə tökürsən. Onda mənim heç 17 yaşım yox idi. Və o vaxtdan pryanik yemirəm. Bu gün, sabah 70 yaşım olacaq".