Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyada iğtişaşlar: parlamentin təcili iclası çağırıldı

Britaniyada iğtişaşlar: parlamentin təcili iclası çağırıldı

Tarix: 4 Avqust 2024 07:24

Böyük Britaniya parlamentinin üzvü Priti Patel Soutport şəhərində uşaqlara bıçaqla hücumdan sonra baş verən iğtişaşlar səbəbindən parlamentin iclasının təcili keçirilməsinə çağırış edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, millət vəkili Priti Patel Britaniya şəhərlərində zorakı etirazları "qəbuledilməz" adlandırıb və partiya mənsubiyyətindən asılı olmayaraq bütün siyasətçiləri baş verənləri pisləməyə çağırıb.

"Tayms" nəşri həftə sonu ən azı 35 etiraz aksiyasının gözlənildiyini bildirib. Britaniya parlamenti sentyabrın 2-dək yay tətilinə çıxıb. Hökumət fövqəladə hallarda İcmalar Palatasının (aşağı palata) sədrindən tətil müddətində deputatları çağırmağı xahiş edə bilər.

Qeyd edək ki, Britaniyada üç uşağın bıçaqlanaraq öldürülməsindən sonra ifrat sağçıların etirazları geniş vüsət alır.

Milli.Az


Etiketlər:  Britaniyada iğtişaşlar parlamentin təcili iclası çağırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ