Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Banqladeşdə fövqəladə vəziyyət elan olundu

Banqladeşdə fövqəladə vəziyyət elan olundu

Tarix: 4 Avqust 2024 17:44

Banqladeşdə fövqəladə vəziyyət elan olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Banglanews24" məlumat yayıb.

Etiraz aksiyaları ilə əlaqədar Banqladeş hökuməti saat 18:00-da komendant saatı elan edib və interneti kəsib.

Qeyd edək ki, indiyə qədər etiraz aksiyalarında 32 nəfər ölüb, çoxlu sayda yaralı var. Etirazlara səbəb dövlət qurumlarında vəzifələrin 30 faizinin Banqladeşin müstəqilliyi uğrunda 1971-ci ildə aparılmış müharibənin veteranlarının qohumlarına verilməsinə dair aşağı instansiya məhkəməsinin qərarı olub. Banqladeş Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edib, bu kvota 7 faizə endirilib.

Milli.Az


Etiketlər:  Banqladeşdə fövqəladə vəziyyət elan olundu


RƏYLƏR