Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2024 06:06
Türkiyəli professor Canan Karatay yay ayları üçün xəbərdarlıq edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, yayda hər kəsin uzaq durması lazım olan meyvələri açıqlayıb.
Professor qarpız, yemiş, üzüm və əncirin sidik turşusunun və triqliseridin səviyyəsinin yüksəlməsinə səbəb olduğu üçün istehlakına diqqət yetirilməli olduğunu bildirib: "Bu 4 meyvəyə təkcə şəkərli diabet xəstələri deyil, sağlam fərdlər də diqqət yetirməlidir. Diabet xəstələri albalı istehlak edərkən diqqətli olmalıdırlar. Nektarin əvəzinə şaftalı yeyilməlidir. Ərik yüksək şəkər tərkibli qidalar arasındadır".
Canan Karatay şəkər xəstələri üçün təbii alternativlər təklif edib və insanların ümumi sağlamlığına təsir edən meyvələrə diqqət çəkib.