Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 19:52
Bakı. İlhamə İsabalayeva - Trend:
Çin Xalq Respublikası 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.
Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.
Təqaüd proqramına sənəd qəbulu 23 dekabr 2019-cu il tarixinə kimi aparılacaq.
Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2020-ci ilin iyul ayı ərzində təqdim olunması gözlənilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin