Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2024 21:20
Bir müddət əvvəl reanimasiya yerləşdirilən türkiyəli aktrisa Səma Çeyrekbaşı vəfat edib.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, o, 73 yaşında dünyasını dəyişib.
Bildirilib ki, beynindəki laxtalanma nəticəsində iyul ayından reanimasiyada müalicə olunan Çeyrekbaşının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, sonuncu dəfə "Sandık Kokusu" serialında rol alan aktrisa "Kaybolan Yıllar", "Kendi Düşen Ağlamaz" kimi ekran işlərində də çəkilib.