Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Drift edən sürücüyə 2500 manata yaxın cərimə yazıldı - FOTO

Drift edən sürücüyə 2500 manata yaxın cərimə yazıldı - FOTO

Tarix: 5 Avqust 2024 22:24

Ankarada küçənin ortasında drift edən avtomobilin sürücüsü 47542 TL (2424 AZN) cərimə olunub.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan sürücünün sürücülük vəsiqəsi də 2 ay müddətinə ləğv edilib.

Mılumata görə dünın yerli vaxtla saat 12:30 radələrindən Ankara Baş Polis İdarəsinə məlumat daxil olub. Məlumatda qara nömrəsin bir avtomobilin Çankaya bölgəsində drift etdiyi bildirilib.

Polis qrupları ərazidəki bir nəfərin mobil telefonunun kamerası ilə qeydə aldığı görüntülərdən avtomobili müəyyən ediblər. Daha sonra dərhal hərəkətə keçən polis avtomobilin sahibini saxlayaraq ona inzibati cərimə tətbiq edib.

Bundan əlavə, istismarı qadağan edilən nəqliyyat vasitəsi evakuatorla dayanacağa aparılıb.


Etiketlər:  Drift edən sürücüyə 2500 manata yaxın cərimə yazıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ