Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2024 07:30
Pivənin kişi bədənini qadən formasına salması barədə çoxdan fikirlər yayılıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux bir pasiyentin pivədən süd vəzisinin böyüyüb, qadın forması və ölçüsü alması faktını bölüşüb.
"Pivədə həqiqətən fitoestrogenlər var, onlar qadın hormonuna yaxındır. Lakin bu konsentrasiya o qədər azdır ki, kişilərdə dəyişiklik yaratmır.
Bitki tərkibli fitoestrogenlər kişini qadına çevirmir. Pivədən süd vəzisi də çıxmır.
Amma bütün digər spirtli içkilər kimi pivə də kişi cinsiyyət sağlamlığına zərəri istisnasız deyil.
Alkoqol ən vacib kişi hormonu olan testosteronu aşağı salır, spermanın aktivliyini azaldır.
Təcrübəmizdə hər gün 5 butul pivə içən kişinin süd vəzilərinin böyüməsi faktı var, amma bu artıq hiper təsirdir. Əgər kişi gündə 1 şüşə pivə içərsə onda heç bir xarici görünüş dəyişikliyi ola bilməz".