Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2024 08:48
Rumıniyada Uman prokurorları paytaxt Buxarest şəhərində Müqəddəs Pantelimon xəstəxanasının iki qadın həkimini anesteziya və reanimasiya şöbəsində şübhəli ölüm halları ilə bağlı saxlayıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.
Onlar şöbələrdə vəziyyəti ağır olan xəstələri qəsdən noradrenalinin dozasını kəskin azaldaraq öldürməkdə ittiham olunublar. Eyni işdə yalan ifadə verən tibb bacısı da saxlanılıb.
Məlumatda qeyd olunub ki, martın 26-da təqsirləndirilən şəxslərdən biri şöbədə vəziyyəti ağır olan 54 yaşlı xəstənin həyatına son qoymağa cəhd edib, lakin tibb bacısının müdaxiləsi nəticəsində buna nail ola bilməyib. Ancaq aprelin 4-də iki həkim planlarını həyata keçirə biliblər.
İş üzrə istintaq xəstəxana əməkdaşının prokurorlara aprelin 4-dən aprelin 7-dək olan müddətdə həkimlərin norepinefrin dozasını qəsdən azaltması nəticəsində narkoz və reanimasiya şöbəsində 17 xəstənin dünyasını dəyişdiyini bildirməsindən sonra başlayıb.
Həmin ay Səhiyyə Nazirliyinin ölüm faktlarını araşdırmaq üçün yaratdığı komissiya xəstəxanada heç bir peşə pozuntusu aşkar etməmişdi.