Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2024 00:34
Kursk vilayətinin Sucansk rayonunun sakinləri Rusiya Prezidenti Putinə videomüraciət ünvanlayıblar.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, onlar Putindən "torpaqlarını geri almağı" xahiş ediblər.
"Avqustun 6-da NATO-nun texnikası ilə xarici qoşunlar torpağımıza daxil oldu. Bir neçə saat ərzində şəhərimiz xarabalığa çevrildi. Qohumlarımız, ərlərimiz, qonşularımız Donbası müdafiə edirlər. Torpaqlarımızı itirdik, evlərimizi itirdik. Atışmalara məruz qalaraq qaçdıq", - onlar bildiriblər.
Sakinlər gecə yata bilmədiklərini, işıqsız, rabitəsiz qaldıqlarını, doğmaları ilə əlaqə saxlaya bilmədiklərini deyiblər.
Sakinlər vurğulayıblar ki, sənədsiz, heç nə götürmədən evlərindən qaçıblar, rəsmilər onları əvvəlcədən təxliyə etməyib, hazırda Sucansk rayonunda güclü döyüşlər gedir.