Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tağıyev'' filminin çəkilişləri başa çatdı

''Tağıyev'' filminin çəkilişləri başa çatdı

Tarix: 9 Avqust 2024 00:48

Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsi əsasında çəkilmiş "Tağıyev" çoxseriyalı filminin çəkiliş prosesi yekunlaşıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, filmdə mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti barədə geniş və maraqlı məqamlar əsas götürülüb.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən ekranlaşdırılıb.

"Tağıyev"in tezliklə kinoteatrlarda nümayişi gözlənilir.

Bununla yanaşı, ekran işinin xarici auditoriya üçün də nümayişi nəzərdə tutulub.


Etiketlər:  Tağıyev filminin çəkilişləri başa çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ