Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üz dərisini cavanlaşdıran yağlar - Bir damlası da...

Üz dərisini cavanlaşdıran yağlar - Bir damlası da...

Tarix: 9 Avqust 2024 03:03

Dərinizdəki kollagenin azalması ilə yanaşı, gözlərin altında yaşlanma əlamətləri də meydana gəlir. Qırışıqlar qocalmanın əlamətləri hesab olunur. Dərinin cavan qalmasına və hüceyrələrin qocalmasının qarşısını almaq üçün bir çox qulluq məhsullarından istifadə edə bilərsiniz. Ancaq dərinizi cavanlaşdırmaq istəyirsinizsə, təbii yağlardan da istifadə etməslisiniz. Bəzi təbii yağlar qırışları azaldır.

Sonxeber.net baku.ws-ə istinadən gənclik peyvəndi olan həmin təbii yağların adlarını təqdim edir:

İtburnu yağı 

İtburnu yağının tərkibindəki maddələr qırışları, ləkələri və hiperpigmentasiyanı azaldır. İtburnu yağı bol miqdarda A vitamini ehtiva edir. A vitamini, beta-karoten və likopen səbəbiylə qocalmanı gecikdirən ən yaxşı yağ hesab olunur. Dərini nəmləndirir. Dərini həmişə cavan və canlı görünməyə kömək edir.

Zeytun yağı

Zeytun yağı E vitamini baxımından zəngin təbii yağlar arasında yer alır. Zeytun yağı dərini bərpa edir. Həm də nəmləndirici xüsusiyyətləri ilə dəri üçün əladır. Dəri qüsurları ilə mübarizə aparır. Zeytun yağı dərinin hüceyrələrini yeniləyərək nəfəs almasını və cavan qalmasını təmin edir. Zeytun yağı dərinin səthindəki dərin qırışları aradan qaldırır. Erkən yaşlanma problemini aradan qaldırır. 1 xörək qaşığı zeytun yağına 2-3 damla limon suyu əlavə edin. Hazırladığınız qarışığı təmiz dərinizə bərabər miqdarda sürtün. Bu qarışığı yatmazdan əvvəl tətbiq etmək məsləhətdir. Bütün gecəni dərinizdə yeniləşməyə kömək edir.

Hind qozu yağı

Dərinin hər zaman nəmə ehtiyacı var. Hind qozu yağı dərini nəmləndirir. Dərinin qurumasına və qırışmasına mane olur. Dərini günəş şüalarının zərərli təsirlərindən qoruyur. Sıx formulu ilə quru dəri üçün idealdır. Dəriyə baxışın son mərhələsində bir neçə damla hindqozuyağı dərinizə sürtmək olar.

Avokado yağı

Quru dərinin dostu olan avokado yağı güclü A vitamini mənbəyidir. Dərini nəmləndirir. Dərinin nəm balansını qoruyur. Avokado yağı müntəzəm olaraq istifadə edildikdə dəri problemlərini aradan qaldırır, məsələn, dəri qıcıqlanmasının qarşısını alır. Avokado yağı dərini sıxlaşdırır. Dərinin qırışmasını dayandırır. Avokado yağı dərini effektiv nəmləndirdiyindən günəş şüalarının zərərini minimuma endirir. Bir neçə damcı avokado yağı ilə təmiz dərinizə masaj edin. 10-15 dəqiqə saxladıqdan sonra dərinizi avokado yağından təmizləyin. Həftədə 1-2 dəfə mütəmadi olaraq tətbiq edin.

Üzüm çəyirdəyi yağı

E vitamini ilə zəngin olan təbii yağlar arasında yer alan üzüm toxumu yağı dəriyi bərpa edir və dəri hüceyrələrinin yenilənməsinə kömək edir. Üzüm çəyirdəyi yağı həm də qırışların aradan qaldırılması üçün istifadə olunur. Dəri üçün təbii bir nəmləndirici kimi də fəaliyyət göstərir. Dərinin qurumasına mane olur. Dəri sarsıntısının qarşısını alır. Dərinin təbii kollagen dəstəyini təmin edir. Bu yağı dərinizə birbaşa tətbiq edə bilərsiniz. Bir neçə damla üzüm toxumu yağından təmiz dəriyə sürtün. 10-15 dəqiqə gözlədikdən sonra üzüm toxumu yağından təmizləyin.

Arqan yağı

Argan yağı dəri üçün təbii nəmləndirici rolunu oynayır. Argan yağı ilə dərinizin hər zaman canlı, parlaq və hamar görünməsini təmin edə bilərsiniz. Argan yağı Omega-3, 6 və 9 kimi yağ turşularının güc mərkəzi sayılır. Bu yağ turşuları dərinin maneə funksiyasını yaxşılaşdırır, quruluğun qarşısını alır. Argan yağı dərinin yaşlanma əlamətlərini minimuma endirir.  Bütün dəri tipləri üçün faydalı olan argan yağı, müntəzəm istifadədə bütün qırışları açmaq üçün təbii nəmləndirici rolunu oynayır. 


Etiketlər:  dərisini cavanlaşdıran yağlar damlası


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ