Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2024 08:26
Hadisə Bursada İnegölün Yeniceköy məhəlləsində baş verib.
Sonxeber.net news24.az-a istinadən xəbər verir ki, 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yaşayan Nurcan-Murat K. cütlüyünün körpəsi Sahra K. eyvandan yıxılıb.
Birinci mərtəbənin divarındakı üzüm tənəyinə ilişib qalan körpə betonun üstünə düşməkdən xilas olub.
Uşağının yıxıldığını görən ana və atanın xəbəri üzərinə hadisə yerinə sağlamlıq qrupları sövq edilib. Hadisə yerində ilkin tibbi yardım alan körpə təcili yardımla İnegöl Dövlət Xəstəxanasında müalicə olunduqdan sonra ehtiyat məqsədi ilə Bursa Yüksek İxtisas Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Körpənin vəziyyətinin yaxşı olduğu öyrənilərkən, hadisə ilə bağlı araşdırma başladılıb.