Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Kurska ən güclü briqadasını göndərdi

Ukrayna Kurska ən güclü briqadasını göndərdi

Tarix: 9 Avqust 2024 12:36

Ukraynanın ən yaxşı təchiz edilmiş və ən sürətli briqadalarından olan 80-ci Hava Hücum Briqadası Kursk vilayətində döyüşlərə qatılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan videoda T-64BV və ya T-80BV tankı, UR-77 mühəndis maşını, həmçinin PDM (BTR-80) və Amerika istehsalı "Stryker" təkərli transportyorları Ukrayna minaatan briqadasının yanından keçir:

"Kontekstdən aydın olur ki, video Ukraynanın Rusiya mövqelərinə qarşı ciddi hücumunun ilk anlarını əks etdirir. Keçmiş sovet və keçmiş Amerika maşınlarının belə kombinasiyası yalnız 80-ci Hava Hücum Briqadasında mövcuddur. Ən yaxşı Ukrayna briqadalarından biri olan 80-ci Hava Hücumu Briqadasının iştirakı Kursk bölgəsini ələ keçirmək əməliyyatının miqyasını göstərir".

Nəşr bildirib ki, Ukraynanın hazırkı əməliyyatı digərlərindən fərqlidir:

"Burda hər birində 2000-ə qədər əsgərdən ibarət ən azı üç briqada iştirak edir: 22-ci və 88-ci mexanikləşdirilmiş briqadalar və 80-ci Hava Hücumu Briqadası".

Milli.Az


Etiketlər:  Ukrayna Kurska güclü briqadasını göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ