Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2024 14:51
Bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən deyib.
İdmançılarımız beş idman növündə - cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə medallar qazandıqlarını xatırladan dövlətimizin başçısı bildirib: "Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir".