Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günəşdə yeni güclü partlayış oldu

Günəşdə yeni güclü partlayış oldu

Tarix: 14 Avqust 2024 16:12

Günəşin Yerə baxan tərəfində X səviyyəli yeni güclü partlayış olub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçova istinadən məlumat yayıb.

"Günəşdə yeni X səviyyəli partlayış olub - düz Günəş-Yer xəttində. Kosmik izləmə məlumatlarına görə, Günəşdə ən yüksək - ilkin hesablamalara görə, X1.1 səviyyəli yeni partlayış qeydə alınıb", - alim deyib.

Avqustun əvvəlində Yerdə baş verən maqnit qasırğası G3 səviyyəsinə çatıb ki, bu da "güclü" kimi qiymətləndirilir. Şkalada ən yüksək səviyyə G5 (son dərəcə güclü), ən aşağısı isə G1-dir (zəif).

Bu səviyyə o deməkdir ki, Yerdəki enerji sistemlərində problemlər yarana, o cümlədən təhlükəsizlik sistemlərində yanlış xəbərdarlıq siqnalları baş verə bilər. Hazırda Günəşdən Yerə doğru yeni partlayışlar və tullantı riskləri mövcuddur.


Etiketlər:  Günəşdə yeni güclü partlayış oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ