Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''nın futbolçusu Lamin Yamalın atası bıçaqlandı

''Barselona''nın futbolçusu Lamin Yamalın atası bıçaqlandı

Tarix: 15 Avqust 2024 08:58

"Barselona"nın və İspaniya millisinin futbolçusu Lamin Yamalın atası Munir Nazraui Kataloniyada bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "La Vanguardia" qəzeti region polisinə istinadən xəbər verib.

Hadisə İspaniyanın Mataro şəhərində, Frenk Marşal küçəsində baş verib. Naməlum şəxslər Nazrauiyə bir neçə bıçaq zərbəsi vurublar.

Yamalın atasının vəziyyəti sabit ağır qiymətləndirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişiyə hücum onun iştirakı ilə bir az əvvəl baş verən başqa bir qarşıdurmanın nəticəsi ola bilər.

Yerli polisin istintaq idarəsi işi nəzarətə götürüb və hücumda şübhəli bilinən bir neçə nəfəri həbs edib. Cinayətin şahidləri də tapılıb.


Etiketlər:  Barselonanın futbolçusu Lamin Yamalın atası bıçaqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ