Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xankəndidən yeni qayıtmışam, ciddi hazırlıq gedir”

“Xankəndidən yeni qayıtmışam, ciddi hazırlıq gedir”

Tarix: 15 Avqust 2024 13:26

"Hazırda yeni bir tarixi dövr yaşayırıq. İlk dəfədir ki, Azərbaycanın bütün ərazisində parlament seçkiləri keçiriləcək və xalqımız öz təmsilçilərini seçəcək". 

Milli.Az xəbər verir ki, bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

O qeyd edib ki, Azərbaycan bu uğura Ali Baş Komandan İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində nail olub: "Şəhidlərimizin qanı, qazilərimizin canı bahasına başa gələn tarixi qələbənin nəticəsidir ki, bu gün Azərbaycanın hər bir nöqtəsində seçicilər səs verəcəklər. Bu baxımdan bu parlament seçkiləri xüsusi önəm daşıyır. Mən özüm Şuşa və  Xankəndidən yeni qayıtmışam. Orada da parlament seçkilərinə ciddi, yüksək səviyyədə hazırlıq gedir. Hesab edirəm ki, bu parlament yeni reallıqlara uyğun olmalıdır, xalqımızı və dövlətimizi layiqində təmsil etməlidir".   

Milli.Az


Etiketlər:  Xankəndidən yeni qayıtmışam ciddi hazırlıq gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ