Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bazardan evə qayıdan qadını kaftar parçaladı

Bazardan evə qayıdan qadını kaftar parçaladı

Tarix: 15 Avqust 2024 19:14

Kaftar bazardan evə qayıdan qadına hücum edib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, hadisə Keniyada baş verib.

Bildirilir ki, kənddə küçədə yemək satan 52 yaşlı Nensi Noki evə qayıdanda kaftarın hücumuna məruz qalıb. Yırtıcı qadını parçalayıb, onun qalıqları daha sonra yolun yaxınlığında tapılıb.

Qeyd edilir ki, bu, ərazidə baş vermiş artıq beşinci hadisədir. Keniya polisi kaftarları zərərsizləşdirmək üçün bir neçə qrup yaradıb.

Yerli sakinlər ərazidə kaftarların çoxalmasını boş şaxtalarla əlaqələndirirlər. Onların sözlərinə görə, səlahiyyətlilər və mədənçilər tunel və karxanalara nəzarət etmirlər. Bu üzdən bölgədə yırtıcıların yaşaması və çoxalması üçün ideal şərait mövcuddur.


Etiketlər:  Bazardan evə qayıdan qadını kaftar parçaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ