Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Metyu Perrinin ölümü ilə bağlı saxlanılanlar var

Metyu Perrinin ölümü ilə bağlı saxlanılanlar var

Tarix: 15 Avqust 2024 21:55

ABŞ-də "Dostlar" serialının ulduzu, aktyor Metyu Perrinin ölümü ilə bağlı bir neçə nəfər saxlanılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Saxlanılanlar arasında həkim və bir neçə narkotik alverçisi də var. Polis onların kompüterlərini, telefonlarını və digər elektronik ləvazimatlarını götürüb. Aparatların köməyi ilə hüquq-mühafizə orqanları sənətçinin ölümünün səbəblərini öyrənməyə ümid edirlər.

Qeyd edək ki, aktyorun ölümü zamanı bədənində əməliyyat zamanı ümumi anesteziya üçün kifayət edəcək qədər ketamin var. Lakin dərmanı ona həkimlər yazmayıb.

Perry klinikada depressiya və narahatlığı müalicə etmək üçün ketamin terapiyası aldı. Son prosedur sənətçinin ölümündən bir həftə əvvəl həyata keçirilib və ölüm zamanı bədənində ketaminin konsentrasiyasını izah etmir.

Xatırladaq ki, aktyor oktyabrın 28-də Los-Ancelesdəki evində 54 yaşında vəfat edib. O, isti vannada boğularaq tapılıb. Cəsədə baxış zamanıəlum olub ki, aktyor ketaminin kəskin təsirindən ölüb.

Milli.Az


Etiketlər:  Metyu Perrinin ölümü ilə bağlı saxlanılanlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ