Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2024 01:08
ABŞ Dövlət Departamenti Almaniyaya 5 milyard dollar dəyərində "Patriot" raketlərinin satışını təsdiqləyib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqona daxil olan Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Qurumun məlumatına görə, Almaniya hökuməti Vaşinqtondan bu tipli 600-ə qədər raketin, habelə müvafiq avadanlıq, təlim proqramları və ehtiyat hissələrinin alışına dair istəklə çıxış edib.