Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kurskda 2 minə yaxın rus əsgəri əsir düşdü

Kurskda 2 minə yaxın rus əsgəri  əsir düşdü

Tarix: 16 Avqust 2024 09:34

Ukrayna əsgərləri Kursk vilayətində keçirdiyi əməliyyat zamanı 2000-ə yaxın rus əsgərini əsir götürüb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Independent"ə adı açıqlanmayan ukraynalı polkovnik deyib.

Qeyd olunub ki, Ukrayna hərbçiləri rusiyalı əsgərləri mülki şəxslərlə dəyişməyi planlaşdırır.

"Bu, dəqiq məlumat deyil, lakin foto və videolar Kursk vilayətində çoxlu sayda rusiyalının əsir götürüldüyünü göstərir", - məlumatda bildirilib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini bildirmişdi.


Etiketlər:  Kurskda minə yaxın əsgəri əsir düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ