Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

8 yaşlı qız atasını oğrudan belə xilas etdi

8 yaşlı qız atasını oğrudan belə xilas etdi

Tarix: 16 Avqust 2024 10:02

ABŞ-nin Minnesota ştatında səkkiz yaşlı məktəbli qız mağazanı qarət etmək istəyən cinayətkarla mübarizə aparıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

Hadisə Sent-Pol şəhərindəki mağazalardan birində baş verib. Mağaza müdiri səkkiz yaşlı qızını özü işə gətirib. Həmin şəxs mağazanı bağlamağa hazırlaşarkən tapança ilə silahlanmış oğru mağazaya girib. O, silahı satıcıya doğru tutaraq kassadan pul tələb edib.

Silahlı kişini görən məktəbli beysbol dəyənəyini götürərək hücumçunu bir neçə dəfə vurub. Soyğunçu saxlanılıb, səlahiyyətlilər ona ittiham irəli sürməyə hazırlaşırlar.


Etiketlər:  yaşlı qız atasını oğrudan belə xilas etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ