Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna bu məsələdə Kanadanın icazəsini aldı

Ukrayna bu məsələdə Kanadanın icazəsini aldı

Tarix: 16 Avqust 2024 12:50

Ukrayna göndərdiyimiz silah-sursat və hərbi texnikadan Rusiya ərazisində istifadə edə bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kanadanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, rəsmi Kiyevə bununla bağlı məhdudiyyət qoyulmayıb.

Nazirliyin açıqlamasında Ukrayna hökumətinə 8 ədəd "Leopard 2A4" tankı, onlarla zirehli maşın, yüzlərlə zirehli patrul avtomobili və bir neçə ədəd "M-777" artilleriya qurğusu göndərildiyi bildirilib.

Bununla belə Kanada tərəfindən verilən hərbi yardımın indiyədək Rusiyada istifadə olunub-olunmadığı açıqlanmayıb.

Qeyd edək ki, 2022-ci ildən bu yana adı çəkilən ölkə Ukraynaya 4.5 milyard dollarlıq hərbi yardım edib.

Milli.Az


Etiketlər:  Ukrayna məsələdə Kanadanın icazəsini aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ