Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2024 18:42
Hava istiliyinin artması gözlərə də təsir edir. Gözlərin uzun müddət günəş işığına məruz qalması nəticəsində gözdə günəş yanıqlarının meydana çıxa biləcəyi barədə mütəxəssislər xəbərdarlıq edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, günəş işığının bədənimiz üçün unikal vitamin qaynağı olduğu deyilsə də, yüksək miqdarda günəş işığına məruz qalmağın həm dərimizə, həm də gözümüzə qalıcı zərər verə biləcəyi danılmazdır.
Xüsusilə uşaq və gənclər yay aylarında evdən kənarda, parklarda və dəniz kənarında daha çox vaxt keçirirlər. "Günəş Retinopatiyası" dediyimiz gözün tor qişasında günəş yanığı əmələ gələ bilər. Bu xəstəliyə görə gözlərdə katarakt meydana gələ bilər və ya daha irəli bir mərhələdə görmə itkisi meydana çıxar.
"Günəş Retinopatiyası"nın dəqiq bir müalicəsi olmadığı məlumdur. Ona görə də mütəxəssislər gözümüzü günəşdən qorumağı tapşırırlar. Günəşə və digər parlaq işıq mənbələrinə baxmaq təhlükəlidir.
Günəş şüalarının gözə zərər verdiyi halda göz qapaqlarında sulanma, yanma, qıyma kimi simptomların müşahidə olur. Əlamətlər adətən günəşə məruz qaldıqdan 1-4 saat sonra özünü büruzə verir. Görmənin azalması, cisimləri əyri qəbul etmə, obyektləri olduğundan daha kiçik görmə, mərkəzdə və mərkəzi görmədə qaranlıq bölgələr, obyektləri olduğundan fərqli rənglərdə qəbul etmək, işığa həssaslıq, baş ağrısı və ya göz ağrısı yaranır.
Günəş şüalarından qorunmaq üçün günəş eynəyi istifadə edilməsi vacibdir. Günəş eynəkləri zərərli dalğa uzunluqlarını kəsən və bloklayan bir quruluşa sahib olmalıdır. Bu qorunma xüsusilə günəşin gözümüzə dik olduğu saatlarda vacibdir. Yayda günəş şüaları, günəş daha yuxarıda olur. Başımızın yuxarısına doğru gəldiyi üçün gözlər qismən qorunsa da, yay aylarında ağ və parlaq səthlərdən əks olunan günəş işığı daha çox olduğu üçün həssaslığa səbəb olur.