Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2024 21:36
Kürəyinizdə sızanaqlar varsa, bu vəziyyətə daha ciddi yanaşmalısınız. Bir neçə fərqli səbəbi olan kürək sızanaqlarından xilas olmaq elə də asan deyil.
Sonxeber.net medicina.az-a istinadla kürəkdə yaranan sızanaqların səbəblərini və onlardan xilas olma yollarını təqdim edir:
- Yağlı dəri quruluşunun sızanaqların ən böyük səbəbi olduğu bilinir. Tıxanmış məsamələrə dolan bakteriya səbəbli infeksiya sızanaqlara səbəb olur.
- Yağlı kremdən istifadə etmək, gündəlik qulluğa düzgün əməl etməmək, makiyaj və tərləmə sızanaq şikayətlərini artırır.
- 25 yaşdan sonra müşahidə olan sızanaqlara genetik faktorlar da təsir edə bilər.
- Daha bir neçə faktor sızanağa səbəb ola bilər:
- Hormonal dəyişikliklər
- Yanlış duş geli seçimi
- Saç maskası və balzamının dəridən yaxşı təmizlənməməsi
- Keyfiyyətsiz geyimlər
- Qaraciyər problemləri
Sızanaqlar fərdlərin sosial həyatını və özünə inamını təsir edən bir sağlamlıq problemidir. Buna görə də yanlış müdaxilə etmədən, vaxtında müalicə almaq lazımdır. Ən yüngül sızanaqlar belə ən azı 6 ay müalicə edilməlidir. Buna görə də səbirli olmaq və müalicəni dayandırmamaq lazımdır.