Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızına görə narkotikdən imtina etdi

Qızına görə narkotikdən imtina etdi

Tarix: 21 Avqust 2024 09:50

Amerikalı reper Kolson Beyker (Machine Gun Kelly) onu narkotikdən imtina etməyə sövq edən səbəbi açıqlayıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə o, "Million Dollaz Worth of Game" podkastında danışıb.

Sənətçi yeniyetmə qızının onun həyat tərzini dəyişdiyini bildirib. İfaçının sözlərinə görə, qızı hər zaman onun narkotik təsiri altında görüb. Bundan sonra reper onun aludəçiliyinin sevdiklərinə həddən artıq təsir etdiyini anlayıb və qızın fəxr edəcəyi ata olmağa qərar verdiyini bildirib.

Musiqiçi sağalmaq üçün reabilitasiya mərkəzinə gedib. Bu, ona narkotikdən, alkoqoldan, həm də dərmanlardan imtina etməyə kömək edib.

O, artıq bir ildir ki, pis vərdişlərindən uzaqdır.


Etiketlər:  Qızına görə narkotikdən imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ