Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2024 10:30
Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru Ədalət Əbdülsəmədova ağır itki üz verib.
Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, aktyorun qardaşı Etibar Əbdülsəmədov dünyasını dəyişib.
Ədalət Əbdülsəmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, qardaşı keçirdiyi əməliyyatdan bir neçə gün sonra dünyasını dəyişib:
"Ürəyindən əməliyyat olunmuşdu, stend qoymuşdular. İki gün xəstəxanada qaldı. Özünü yaxşı hiss edib. Sonra evə gəlib. Qızı otağa girəndə görüb ki, halı yaxşı deyil. Elə oradaca dünyasını dəyişib. 62 yaşı var idi. Çox pisəm, qəfil ölümü qəbul etmək çətindir".