Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 7 ayda qadın və gənc sahibkarlara bu qədər güzəştli kredit verilib

Azərbaycanda 7 ayda qadın və gənc sahibkarlara bu qədər güzəştli kredit verilib

Tarix: 21 Avqust 2024 17:29

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) verdiyi güzəştli kreditlərin 6,55 %-i qadın sahibkarların payına düşüb.

Sonxeber.net bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə 257 qadın sahibkarın layihələrinə 7,8 milyon manat güzəştli kredit ayrılıb.

Bundan başqa, yanvar-iyun aylarında Fondun xətti ilə 99 gənc sahibkarın təqdim etdiyi layihələr üzrə ümumilikdə 3,5 milyon manat güzəştli kredit ayrılıb.

7 ay ərzində SİF sahibkarların 3 252 layihəsinə 119 milyon manat güzəştli kredit verib.


Etiketlər:  Azərbaycanda ayda qadın gənc sahibkarlara qədər güzəştli kredit verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ