Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Macarıstan Rusiya vətəndaşları üçün viza rejimini yumşaldır?

Macarıstan Rusiya vətəndaşları üçün viza rejimini yumşaldır?

Tarix: 21 Avqust 2024 19:22

Macarıstan hakimiyyəti Avropa Komissiyasının Rusiya və Belarus vətəndaşları üçün viza güzəştləri ilə bağlı sorğusuna cavab verib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Avropa Birliyi məsələləri üzrə naziri Yanoş Boka məlumat verib.

"Milli kartlar (ruslara və belaruslara - red.) AB-nin mövcud qaydalarına uyğun olaraq və mümkün təhlükəsizlik riskləri nəzərə alınmaqla veriləcək", - Boka bildirib.

Macarıstanın "Magyar Nemzet" qəzeti məktubun tam mətninə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Şandor Pinter vurğulayıb ki, Rusiya və Belarus vətəndaşlarının yoxlanılması prosesi ciddi və dəyişməz olaraq qalacaq.

Qeyd edək ki, daha öncə bir sıra Avropa KİV-ləri, o cümlədən "Faynənşl Tayms" qəzeti yazıb ki, Macarıstan Rusiya və Belarus vətəndaşları da daxil olmaqla, uzunmüddətli vizaların alınması üçün tələbləri yumşaltmaq qərarına gəlib.


Etiketlər:  Macarıstan Rusiya vətəndaşları üçün viza rejimini yumşaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ