Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu dəfə “Atatürk” odur - FOTOlar

Bu dəfə “Atatürk” odur - FOTOlar

Tarix: 21 Avqust 2024 23:00

Türkiyənin məşhur komediya aktyoru Tolqa Çevik Mustafa Kamal Atatürkü canlandırıb.

Sonxeber.net olay.az-a istinadən xəbər verir ki, "Armağan" adlanan 40 dəqiqəlik filmdə aktyor Türkiyə Cümhuriyyətinin qurucusunu oynayıb.

Sənətçinin qrimini Suzan Kardeş öz üzərinə götürüb.

Bundan əlavə, ekran işində Celal Bayarı Engin Alkan, bankın ilk qadın müdiri Hatice xanımı Burcu Kara, "Kumbaracı"yı isə Onur Buldu canlandırıb.

Qeyd edək ki, kino tarixi boyunca neçə-neçə aktyor Atatürkü oynamış, son olaraq isə Aras Bulut İynemli bu obrazda kamera qarşısına keçmişdi.


Etiketlər:  dəfə Atatürk odur FOTOlar


RƏYLƏR