Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2024 23:16
Çexiyanın Litvinov şəhərində II Dünya müharibəsindən qalma hava bombasının tapılması ilə bağlı 600-ə yaxın sakin təxliyə olunub.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bomba avqustun 27-dək tapıldığı yerdə qalacaq. Onu yoxlayan istehkamçılar belə qənaətə gəliblər ki, partlayış təhlükəsi böyükdür və onun şəhərdən çıxarılması, eləcə də sonradan ləğv edilməsi üçün ən münasib şəraiti təmin etmək lazımdır.