Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Livanda 2023-cü ilin payızından bəri 260-a yaxın insan ağ fosfordan zəhərlənib

Livanda 2023-cü ilin payızından bəri 260-a yaxın insan ağ fosfordan zəhərlənib

Tarix: 22 Avqust 2024 21:14

2023-cü ilin payızından bu yana 260-a yaxın livanlı İsrailin ölkənin cənub rayonlarını bombardman edərkən istifadə etdiyi ağ fosfordan zəhərlənmə yaşayıb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Livanın "Al Wataniya" agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

"2023-cü ilin oktyabrından bu il avqustun 20-dək ən azı 257 nəfər fosfor zəhərlənməsindən əziyyət çəkib. Livanın "Hizbullah" hərəkatı ilə İsrail arasında silahlı eskalasiya başlayandan bəri Livanda ümumilikdə 564 nəfər ölüb", - məlumatda bildirilir.

Qurumun məlumatına görə, ötən ilin payızından indiyədək azı 110 099 nəfər İsrailin hücumları nəticəsində ev-eşiyini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, iyunun 27-də "Financial Times" qəzeti radar və peyk məlumatlarına istinadən İsrailin demək olar hər gün "Hizbullah" hədəflərini beynəlxalq səviyyədə qadağan olunmuş ağ fosfor mərmilərindən atəşə tutması nəticəsində İsrailin Livanla sərhədi boyunca 5 kilometrlik zonanın yaşayış üçün tam yararsız hala çevrildiyini açıqlamışdı.


Etiketlər:  Livanda 2023 ilin payızından bəri yaxın insan fosfordan zəhərlənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ