Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2024 13:45
"Bəzən mənə "Niyə özünə ölüm arzulayırsan?" deyirlər. İnanın hər an öləcək kimi yaşamaq və hər an ölümü xatırlamaq çox rahatdır. İnsanı doğru yaşamağa və doğru seçim etməyə çox kömək olur".
Sonxeber.net olay-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
O, mərhum aktrisanın ölümü ilə hələdə barışa bilmədiyini bu sözlərlə ifadə edib:
"Bəzən Tünüş (Tünzalə Əliyeva - red.) haqda öldü deyəndə çox əsəbiləşirəm. O sadəcə dünyadan köçüb deyirəm və birdə nə zaman mən ölsəm o zaman ölmüş olacaq Tünüş də. Allaha şükür edirik, belə məsləhət bildi. Allah "niyə görə"siz heçnə etmir".
Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 2023-cü ilin yanvarın 22-də 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var. Zəhra,"Qara tikan" serialına çəkilir, eyni zamanda Abdulla Şaiq adına Kukla Teatrında tamaşalarda kiçik rolları canlandırır.