Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alla Puqaçovanın nəvəsi saxlanıldı - FOTO

Alla Puqaçovanın nəvəsi saxlanıldı - FOTO

Tarix: 23 Avqust 2024 15:35

Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi 26 yaşlı Denis Baysarov Moskvada sürət həddini aşaraq polislər tərəfindən saxlanılıb. 

Milli.Az olay-a istinadən bildirir ki, o, lüks "Mercedes-Benz GLE"  avtomobili ilə kobud yol hərəkəti qaydasını pozub.  

Denis paytaxtın Marşal Jukov prospekti ilə sürərkən sürət həddini aşıb.

Ümumilikdə, Baysarov bu il 2500 rubl  (təxminən 48 manat) məbləğində beş bal cərimə alıb. Lakin Baysarov bütün cərimələrini zamanında ödəyib.

Qeyd edək ki, Denis Baysarov A.Puqaçovanın yeganə müğənni qızı Kristina Orbakaytenin oğludur. O, şəxsi həyatının təfərrüatlarını gizlətməyə üstünlük verir və sosial şəbəkələrdə o qədər də aktiv deyil. 2022-ci ilin sentyabrında onun qismən səfərbərlik elan edildikdən sonra Avropaya getdiyi barədə şayiələr yayılıb, lakin oktyabr ayında Denis instaqram səhifəsində Moskva ətrafında gəzintisinin videosunu yayımlayıb, bundan sonra o, gözlərdən itib. 2023-cü ilin yayında o, anası Kristina Orbakayte ilə İtaliyada tətildə görünüb.

Moskvada Denis Baysarovun "Auterra" adlı reklam şirkəti var və o, keçən il 2,2 milyon rubl (təxminən 41580 manat) zərərlə bağlanıb.

Milli.Az


Etiketlər:  Alla Puqaçovanın nəvəsi saxlanıldı FOTO


RƏYLƏR