Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kişilər həmişə mənə baxırlar'' - FOTO

''Kişilər həmişə mənə baxırlar'' - FOTO

Tarix: 23 Avqust 2024 16:50

Yəhudi milyarder əri Yan Abramovdan boşanma ərəfəsində olan rus estrada ulduzu Alsu başqa bir kişi ilə eşq yaşaması iddialarına münasibət bildirib.

Sonxeber.net olay-a istinadən bildirir ki, qatıldığı tədbirlərin birində jurnalistlərlə üz-üzə gələn sənətçi bu iddiaların əsassız olduğunu və ürəyinin azad olduğunu söyləyib. 

Ötən gün ərinin vəkili Aleksandr Dobrovinskinin Alsunun həyatında başqa bir şəxsin olduğuna eyham vurub. 

İfaçı açıqlamasında vəkilin adını çəkməsə də "bəzi insanlar bu cür ifadələrlə insanları çaşdırmağa çalışırlar" sözləri ilə fikrini belə davam edib:

"Bəzi insanlar yalan danışaraq başqalarını aldadırlar. Kişilər həmişə mənə baxırlar və baxırdılar... Təşəkkür edirəm. Ürək azaddır"

Alsu əlavə edib ki, o, bu yay Fransada olub, orada uşaqları ilə birlikdə istirahət edib və çox gözəl vaxt keçirib. 

Estrada ulduzu qeyd edib ki, o, hələ də evli qadındır və ətrafa baxmır.

Qeyd edək ki, avqustun 22-də Alsou və Yan Abramovun əmlakının bölünməsi ilə bağlı məhkəmə iclası keçirilib. Ərinin vəkili. A Dobrovinski, Yanın artıq boşanmaya mane olmayacağını söylib və müğənninin həyatında yeni bir adamının olduğuna işarə edib. Onun sözlərinə görə, yay səfərlərindən sonra Alsunun şəxsi həyatı olduğu aydın olub.


Etiketlər:  Kişilər həmişə mənə baxırlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ