Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Priqojinin ölümündən bir il sonra: “Vaqner” haradadır?

Priqojinin ölümündən bir il sonra: “Vaqner” haradadır?

Tarix: 23 Avqust 2024 18:16

"Vaqner" qrupunun (Rusiya) sayı Yevgeni Priqojinin ölümündən keçən bir ildə on dəfə azalıb. Vaxtilə güclü olan hərbi qrupun qalıqları hazırda Belarus və Afrikadadır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Vaqner" lideri Yevgeni Priqojin və təsisçisi Dmitri Vaqner Utkinin ölümlərinin birinci ildönümüdür. Onlar təyyarə qəzasında həyatlarını itiriblər. Liderlərin ölümündən sonra "Vaqner" parçalandı, komandirləri qrupu tərk etdilər.

"Vaqner"in keçmiş baş direktoru Andrey Troşev Rusiya Müdafiə Nazirliyində işə başlayıb.

Qrupun I hücum dəstəsinin keçmiş komandiri Aleksandr Kuznetsov "Axmat" çeçen xüsusi təyinatlı dəstəsinə qoşulub.

"Vaqner"in III hücum dəstəsinin keçmiş komandiri Boris Nijevenok "Vostok-V" bölməsinə rəhbərlik edir.

Çoxsaylı "Vaqner" veteranları da qrupdan ayrılararaq, digər keçmiş liderlərinin ardınca gediblər.

"2023-cü ildə 50 000 nəfərlik gücü ilə müqayisədə, "Vaqner" indi Belarus və Afrikada ümumilikdə 5 000 şəxsi heyət saxlayır", - nazirlik bildirir.

Milli.Az


Etiketlər:  Priqojinin ölümündən sonra Vaqner haradadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ