Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın İspaniya və Fransada oynamış yeni transferi kimdir?

''Qarabağ''ın İspaniya və Fransada oynamış yeni transferi kimdir?

Tarix: 24 Avqust 2024 09:00

"Qarabağ" İspaniyanın "Alkorkon" klubundan Emmanuel Addai transferini reallaşdırıb.

Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, 23 yaşlı qanalı yarımmüdafiəçi ilə 2 illik sözləşmə imzalanıb.

Peşəkar karyerası ərzində 2 klubda çıxış edən Addainin son klubu "Alkorkon" olub (2022-2024). İspaniya təmsilçisinin heyətində 54 oyuna çıxıb, 6 qol və 5 assistə imza atıb. 

Emmanuel, 2021-2022-ci illərdə Fransanın "Bobiqni" komandasının formasını geyinib, 21 oyuna 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Karyerasında yeganə dublu bu klubun heyətində "Lens"in B komandasına qarşı oyunda vurub (2:2).

Əsasən sağ cinahda çıxış edən Addai, sol cinah vingeri mövqeyində də oynaya bilir. "Transfermarkt"də hazırkı dəyəri 1 milyon avro civarındadır. 1,73 m boyundadır və 22 gün əvvəl 23 yaşına daxil olub.


Etiketlər:  Qarabağın İspaniya Fransada oynamış yeni transferi kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ