Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

79 yaşlı aktrisa yeni sevgilisi ilə - FOTO

79 yaşlı aktrisa yeni sevgilisi ilə - FOTO

Tarix: 24 Avqust 2024 09:40

79 yaşlı aktrisa Meril Stripin öz həmkarı ilə sevgili olduğu barədə şübhələr doğru çıxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aktrisa "Only Murders in the Building" serialındakı 74 yaşlı Martin Şortla barələrində yayılan şayiələri alovlandırıb.

"The Sun" yazır ki, eşq macərası yaşadıqları deyilən iki ulduz Los-Ancelesdə serialın dördüncü sezonunun premyerasından sonra baş tutan məclisdə əl-ələ görüntülənib.

Striplə Şortun uzun illərdir dost olduqları bilinir. Məlumatlara görə, onlar son vaxtlar daha da yaxınlaşıblar.

Xatırladaq ki, Meril Strip 2023-cü ilin oktyabrında 45 il evli olduğu əri, heykəltəraş Don Qummerdən ayrılıb. Onların ayrılma səbəbi açıqlanmayıb. Cütlüyün dörd övladı, beş nəvəsi var.

Milli.Az


Etiketlər:  yaşlı aktrisa yeni sevgilisi ilə FOTO


RƏYLƏR